Maşınla vurub qaçdı, xəstəxanada öldü
15 oktyabr 2015 23:44 (UTC +04:00)

Maşınla vurub qaçdı, xəstəxanada öldü

Dünən, oktyabrın 14-də, Gəncədə naməlum avtomobil tərəfindən vurulan piyada bu gün xəstəxanada dünyasını dəyişib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, yaralı Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsində vəfat edib.

 

Xatırladaq ki, ötən gecə Gəncə şəhər sakini, 1960-cı il təvəllüdlü Vahid Quliyev yolun kənarı ilə hərəkət edərkən naməlum avtomobil tərəfindən vurulub. O, müxtəlif bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.

 

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 156
avatar

Oxşar yazılar