Müştəri kimi mindiyi taksini qaçırana - <span style="color:red;">9 İL HƏBS CƏZASI
02 aprel 2019 13:10 (UTC +04:00)

Müştəri kimi mindiyi taksini qaçırana - 9 İL HƏBS CƏZASI

Taksi sürücüsünün avtomobili qaçırmaqda təqsirləndirilən Elgün Feyzullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, E. Feyzullayev 9 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2017-ci ilin fevral ayında Bakıda taksi fəaliyyəti ilə məşğul olan Zaməddin İmanovun “Mercedes” markalı maşınına əyləşən tanımadığı şəxs avtomobilini quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron rayon Polis idarəsinin Cinayət axtarış idarəsi və Mehdiabad polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Feyzullayev şübhəli şəxs qismində saxlanılıb.

O, nəqliyyat vasitəsi ilə Abşeron rayonunun Goradil qəsəbəsinə gəlib.

 

E.Feyzullayevin quldurluq əməlindən başqa oğurluq etdiyi də məlum olub.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Səlcuq Elçin

Oxşar yazılar