Misir prezidenti Məhəmməd Mursinin media və ictimaiyyətlə əlaqələr üzrə 2 rəsmi nümayəndəsi istefaya gedib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, prezident dəftərxanasının Ömər Amer və İhab Fəhmi adlı rəsmi nümayəndələrinin vəzifəsi KİV-lə əlaqələr, mətbuat konfranslarının təşkili və prezidentin mövqeyinin ifadə edilməsi olub.
Qeyd edək ki, daha əvvəl 11 nazir və 3 əyalət qubernatoru prezidentin siyasətinə etiraz əlaməti olaraq istefa veriblər.