Mühafizəçilər şirkətdən külli miqdarda oğurluq etdilər
0
0
Saatlıda 164 min manatlıq oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, iyulun 29-da məhdud məsuliyyətli cəmiyyətlərdən birindən ümumi dəyəri 164 900 manat olan boruların oğurlanması ilə bağlı Saatlı rayon Polis Şöbəsinə ərizə ilə müraciət daxil olub. Məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri, həmin MMC-də mühafizəçi işləyən Talıb Cəfərov və Vidadi İsmayılov saxlanılıblar. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər və oğurlanan boruların müəyyən bir qismi maddi sübut kimi götürülüb.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
0
0