İyulun 16-na keçən gecə saat 01 radələrində Ağcabədi rayonunda qanlı hadisə baş verib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağcabədi şəhəri Heydər Əliyev prospektindəki Muğam evinin qarşısında 1996-cı il təvəllüdlü Muxtarov Aqşin Arif oğlu həmyerlisi 1990-cı il təvəllüdü Novruzov Sadiq Firdovsi oğlunu bıçaqlayıb. 3 ağır bıçaq yarası almış 23 yaşlı oğlan ağır vəziyyətdə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
Hadisəni törətmiş yeniyetmə saxlanılıb. Faktla əlaqədar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb. Hadisənin səbəbləri araşdırılır.