Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Tibb Baş İdarəsinin, Hərbi Tibb Fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bərdədə birgə təlim toplanışı keçirilib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçirilən birgə təlim toplantısında çıxış dən Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.
O, "Hərbi travmalar zamanı cərrahi yardımın təşkili, odlu silah yaralarının müalicə xüsusiyyətləri. Hərbi travmaların müalicəsində müasir yanaşmalar" mövzusunda çıxış edib.
Silahlı Qüvvələrin baş reanimatoloqu, tibb xidməti polkovniki Vüqar Abdullayevin "Hərbi travmalar zamanı anestezioloji-reanimasyon yardımın təşkili və göstərilməsi xüsusiyyətləri", Hərbi Tibb Fakültəsi rəisinin elmi işlər üzrə müavini, tibb xidməti polkovnik-leytenantı Pərviz Məmmədovun isə "Silahlı Qüvvələrin Tibb Xidməti və Səhiyyə Nazirliyi arasında elmi əməkdaşlığın təşkili və koordinasiyası" mövzusunda çıxışları dinlənilib.