MTRŞ-nın İTV-yə qarşı məhkəmə iddiası təmin olundu
07 oktyabr 2015 13:40 (UTC +04:00)

MTRŞ-nın İTV-yə qarşı məhkəmə iddiası təmin olundu

0

Milli Televiziya və Radio Şurası (MTRŞ) İctimai  Televiziya və Radio Yayımları Şirkətini məhkəməyə verib.

 

APA-nın məlumatına görə, MTRŞ İTV-də yayımlanan “Qarabağnamə” çoxseriyalı bədii televiziya filminə ayrılan vəsaitin geri qaytarılması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə Şuranın iddiasını təmin edib. Həmin qərarla razılaşmayan İTV isə apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

 

Qeyd edək ki, İTV "Qarabağnamə"çoxseriyalı bədii televiziya filmini yarımçıq dayandırdığına görə Şura məhkəməyə müraciət edib.

 

2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin milli teleserialların və televiziya filmlərinin çəkilişi üçün telekanallara dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamışdı.

 

Həmin vaxt “Qarabağnamə” serialının çəkilişinə 100 min manat vəsaitin sərf olunacağı bildirilirdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar