Motosikleti maşın vurdu: sürücünün arvadı öldü
17 may 2013 12:32 (UTC +04:00)

Motosikleti maşın vurdu: sürücünün arvadı öldü

Mayın 16-da saat 13.00 radələrində Hacıqabul rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Pirsaat qəsəbə sakini Zaur Həsənovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınla rayon sakini Niftalı Məmmədovun idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan motosiklet toqquşub. Nəticədə N.Məmmədovun sərnişini, arvadı Ülkər Məmmədova hadisə yerində ölüb.

 

Xəsarət almış motosiklet sürücüsü isə xəstəxanaya yerləşdirilib.

Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888
avatar

Oxşar yazılar