Moskvada yerli sakin zorla Azərbaycanın bu ölkədəki səfirliyinə daxil olmağa cəhd göstərib.
APA-nın “life.ru” saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 8-də baş verib. Bildirilir ki, iş saatı bitdikdən sonra bir qadın səfirliyin binasının qarşısına gələrək içəri daxil olmağa çalışıb. O, mühafizəçi ilə dalaşıb və səfirliyin qapısını döyərək Azərbaycana getmək istədiyini deyib.
Adı açıqlanmayan qadın hadisə yerinə çağırılan polis tərəfindən saxlanılıb. Onun spirtli içki qəbul etdiyi bildirilir.