Moskvanın "Maska" nəşriyyatında tarix elmləri doktoru Aydın Balayevin "Məmməd Əmin Rəsulzadə. Qərib sahillərdə" (1922-1943) adlı kitabı işıq üzü görüb». Kitabda son illər arxivlərdən aşkarlanmış tarixi sənədlər toplanıb, onların böyük əksəriyyəti ilk dəfə elmi dövriyyəyə buraxılıb.
Lent.az-ın məlumatına görə, nəşrdə Azərbaycan türklərinin milli dövlətçiliyinin əsasını qoyan Məmməd Əmin Rəsulzadənin mühacirət dövründəki fəaliyyəti yenidən qiymətləndirilir.
Bu materiallar M.Ə.Rəsulzadənin və eləcə də ötən yüzilliyin 20-30-cu illərindəki Azərbaycan mühacirətinin fəaliyyətinin bir çox aspketlərinə yenidən baxmağa imkan verir. Kitabda Azərbaycan mühacirətinin daxilindəki ziddiyyət və problemlərin səbəbləri müfəssəl təhlil olunur.
Kitabın elmi redaktoru Paris İçtimai Elmi Araşdırmalar Ali Məktəbinin doktoru Georgi Mamulia, rəyçi Ege Universitetinin professoru Yavuz Akpınardır.
Moskvada M.Ə.Rəsulzadə haqda kitab çap edildi
831