Millət vəkilləri Özbəkistanda görüşlər keçiriblər
04 aprel 2013 18:14 (UTC +04:00)

Millət vəkilləri Özbəkistanda görüşlər keçiriblər

Azərbaycanın Özbəkistandakı səfirliyi Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə mərasim keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun nümayəndələri iştirak ediblər.

 

Tədbiri Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev açaraq bildirib ki, Heydər Əliyev həm keçmiş SSRİ dövründə, həm də müstəqil Azərbaycanın rəhbəri olarkən Özbəkistan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirib.

 

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova “Heydər Əliyev və insan hüquqları” mövzusunda məruzə edib. Bu mövzuda geniş söhbət açan deputat deyib ki, insanlar arasında dostluq liderlər arasında dostluqdan başlanır.

 

Milli Məclisin deputatı Qənirə Paşayeva “Heydər Əliyev, Azərbaycanın xarici siyasəti və diaspor” mövzusunda məruzə edib. Q. Paşayeva bildirib ki, Ulu Öndərin düşüncə və fikirləri təkcə Azərbaycanla məhdudlaşmırdı.

 

Milli Məclisin deputatı Aydın Abbasov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə “Heydər Əliyev, elm və dövlətçilik”, həmin institutun şöbə müdiri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə “Heydər Əliyev, vətəndaş cəmiyyəti və gender siyasəti” mövzularında məruzələr edib.

 

Millət vəkilləri R. Aslanova, Q. Paşayeva və E. Hüseynov Özbəkistan parlamentində görüşlər keçiriblər. Heydər Əliyevin 90 illiyi ilə bağlı Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən tədbirlərdə iştirak etmək üçün həmin ölkəyə səfər etmiş Azərbaycandan olan millət vəkilləri səfər çərçivəsində Özbəkistan parlamentində - Ali Məclisində olublar. Onlar Özbəkistan Ali Məclisinin komitə sədri Məhəmmədyusif Teşabayev və həmin şəxsin rəhbəri olduğu komitənin üzvləri ilə görüşüblər.

 

Dağlıq Qaradağ münaqişəsi ilə bağlı fikir mübadiləsinin də aparıldığı görüş zamanı bunun çox mühüm, önəmli, olduqca təqdirəlayiq məqam olduğu Azərbaycan heyəti tərəfindən xüsusi vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661
avatar

Oxşar yazılar