Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə Mətbuat prospektində qeydə alınıb. Minik maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
Yasamal rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır: “Araşdırmalardan sonra hadisənin dəqiq səbəbləri məlum olacaq”.
Qumru Mustafa adlı "Facebook" istifadəçisi hadisə yerindən foto paylaşıb.