Xırdalanda evdən meyit aşkarlanıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Əsgərov Anatolik Mamed oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.