Müğənni Maral Tahirqızının istintaqa cəlb olunması barədə xəbərə münasibət verib. Lent.az-ın atvxəbər.az-a istinadən məlumatına görə, ifaçı məsələyə belə aydınlıq gətirib: "Elə bir fakt var ? Kimsə mənim nömrəmi götürüb, söhbət yayılıb. Araşdırma gedir. Mən qadın alveri ilə məşğul deyiləm. Bir qadın var, salonda işləyir, mən üz-qaşımı aldırmışam. Mən onu tanıyıramsa, məsuliyyət daşımıram. Salonda işləyirsə özü bilər, kimisə kiməsə düzəldirsə, özü bilər. Gedib haqqımda deyib ki, Maral "mama rozadı", Esmiradı kimdi bilmirəm, məsuliyyəti öz boynuna. Mən axı nə bilim o nə işlə məşğul olur? Vəkilim məsələ ilə məşğuldu, boynuma şər atıblar".
Xatırladaq ki, müğənni insan alverində təqsirləndirilir. Hazırda onun Xətai rayon Polis İdarəsində ifadə verdiyi bildirilir.