Prezident İlham Əliyev xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında
sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Məmməd Arazın 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.