Mehriban Əliyeva Xanım Qafarovanın dəfn xərclərini üzərinə götürüb
11 iyul 2014 16:48 (UTC +04:00)

Mehriban Əliyeva Xanım Qafarovanın dəfn xərclərini üzərinə götürüb

0

Təxminən 1 saat əvvəl vəfat edən əməkdar artist Xanım Qafarova bu gün Kürdəxanı kənd qəbiristanlığında dəfn ediləcək. Lent.az-ın məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva bildirib. Q.Paşayeva qeyd edib ki, dəfn mərasiminin bütün xərclərini Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva öz üzərinə götürüb.

 

Qeyd edək ki, Xanım Qafarovanın evinin qarşısına xeyli mədəniyyət-incəsənət xadimi, ictimaiyyət nümayəndələri və jurnalistlər toplaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 9717

Oxşar yazılar