Balakən Rayon Mərkəzi Xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün Balakən Rayon Məhkəməsində qeydə alınıb.
Məhkəmədə keçirilən prosesdə təqsirləndirilən şəxs, 21 yaşlı Məhəmməd İlham oğlu Xanpəriyev şikayətçilərin yaxınları tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcilli tibbi yardım çağırılsa da, onu xilas etmək mümkün olmayıb.