Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi ilə bağlı sərəncam verildi
01 mart 2013 19:01 (UTC +04:00)

Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi ilə bağlı sərəncam verildi

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən Təhsil Nazirliyi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 525
avatar

Oxşar yazılar