Bakıda məcburi köçkünlər yolu bağlayıblar. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, bir qrup məcburi köçkün problemlərinin həlli tələbi ilə bu gün səhər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında toplaşaraq, yaxınlıqdan keçən Tiflis prospektini bağlayıblar.
Nəticədə avtomobillərin hərəkətində problem yaranıb.
Əraziyə polis qüvvələri cəlb olunub.