İyulun 3-də Şəki şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qoxmuq kəndi ərazisindəki mebel sexində, orada işləyən kənd sakini Arif Nuriyev hündürlükdən yıxılıb.
A.Nuriyev hadisə yerindəcə keçinib. Faktla əlaqədar araşdıralar aparılır.