Fevralın 15-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbə sakini 1968-ci il təvəllüdlü Mustafayev Mirdiyar Mirbağır oğlu özünü yaşadığı evin həyətində asıb. 45 yaşlı qəsəbə sakini həyətdəki tikilinin tavanından keçən dəmir borudan özünü asaraq intihar edib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.