Maşın partladı, yollar bağlandı: ölən və yaralanan var
07 avqust 2013 09:44 (UTC +04:00)

Maşın partladı, yollar bağlandı: ölən və yaralanan var

Avqustun 7-nə keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Böyükşor qovşağında (metronun Koroğlu stansiyasının yaxınlığı) ağır yol qəzası baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Heydər Əliyev Prospektində qəzaya uğrayan “Mercedes C Class” markalı avtomobil partlayıb və yanmağa başlayıb. hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

 

Yanan avtomobil Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb. Ölən şəxsin meyiti aidiyyatı üzrə təhvil verilib.

 

Qeyd edək ki, qəzadan sonra ərazidə böyük tıxac və təşviş yaranıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5282
avatar

Nizam Rza

Oxşar yazılar