Masallıda qəbirstanlıqdan oğurluq edən şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 30-da oğurluq etdiyinə görə tutulan Aqil Diniyevin ətrafında Masallı RPŞ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri aparılıb. Aparılan əməliyyat tədbirləri nəticəsində onun 2014-cü il oktyabr ayının 20-dən cari il yanvar 30-dək olan müddətdə Şahin Əsədullayevin, Anar Baxşıyevin, Racı Heydərovun və Yaşar Məhərrəmovun valideyinlərinin qəbir daşlarının üzərində mərmərdən olan güldanları oğurlaması müəyyən edilib.
Araşdırmalar davam etdirilir.