Masallıda avtomobil xəndəyə yuvarlanıb, sürücü yaralanıb
18 iyul 2014 01:13 (UTC +04:00)

Masallıda avtomobil xəndəyə yuvarlanıb, sürücü yaralanıb

Masallıda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 17-də Masallı-Boradigah yolunun Dəmirçi kəndindən keçən hissəsində qeydə alınıb.

 

Rayonun Bədələn kənd sakini, 1959-cu il təvəllüdlü Zülfüqar Nağdəli oğlu Nəqiyevin idarə etdiyi “Mercedes” markalı, “10 VC 308” dövlət nömrə nişanlı minik avtomobili manevr edərkən qəfildən idarəetməni itirib və yolun kənarındakı xəndəyə yuvarlanıb.

 

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinin həkim briqadasının operativ müdaxiləsi sayəsində maşından çıxarılaraq xəstəxanaya yerləşdirilib. 

 

Müvafiq tibbi yardımdan sonra onun vəziyyəti hazırda stabil qiymətləndirilir. Xəndəyə yuvarlanmış avtomobil isə evakuator vasitəsi ilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

İlkin versiya kimi qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.   Faktla bağlı Masalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15