Maksim Şevçenko: “Moskvadakı bazarlara basqın sifarişini Azərbaycanla əlaqəsi olan şəxslər verib”
05 noyabr 2013 11:38 (UTC +04:00)

Maksim Şevçenko: “Moskvadakı bazarlara basqın sifarişini Azərbaycanla əlaqəsi olan şəxslər verib”

“Biz Pokrovskdakı meyvə-tərəvəz bazasına basqının sifariş edildiyini bilirik. Təəssüf ki, bu sifarişi Azərbaycanla birbaşa əlaqələri olan şəxslər veriblər”.
 
APA TV-nin məlumatına görə, bu fikirlər tanınmış telejurnalist, Rusiyanın Birinci Kanalının aparıcısı Maksim Şevçenkoya məxsusdur. “Vesti.az” saytına müsahibə verən Şevçenko bildirib ki, sifarişin hədəfi bazaya qanuni əsaslarla sahiblik edən avarlar olub. Jurnalist basqın sifarişini verən azərbaycanlının və ya Azərbaycan vətəndaşının adını açıqlamayıb: “Yalnız onu deyə bilərəm ki, həmin şəxslərdən biri 1983-cü ildən Moskvada qeydiyyatdadır. Bu bazada Belçika, Hollandiya firmaları müasir anbarlar icarəyə götürüblər. Azərbaycanlılar güc strukturlarının köməyi ilə onların üstünə gediblər. Mən Amerika kəşf etmirəm, internetə girib axtarış versəniz, həmin adamların kim olduğunu biləcəksiniz. Mən özüm onların adlarını çəkmək istəmirəm”. 
 
Maksim Şevçenko bildirib ki, sifarişçilər təkcə bu meyvə-tərəvəz bazasına deyil, avarlara məxsus digər obyektlərə də basqın göstərişi veriblər: “Şerbakovun ölümü bazadan 3 kilometr uzaqda baş vermişdi, amma kütlə nədənsə bazaya hücum etdi. Təxribatçılar “Bazanı dağıdın!”, “Bazanı məhv edin” deyə qışqırırdılar. Bu şüarları kimlərin səsləndirdiyi məlumdur, onların şəxsiyyəti müəyyənləşib. Kütləni bazaya yönəldən şəxslərin təəssüf ki, güc strukturları, xüsusilə Daxili İşlər Nazirliyi ilə sıx əlaqələri var”.
 
Maksim Şevçenko Biryulevo hadisələrində erməni əli olması barədə açıqlamasına da aydınlıq gətirib: “Mən belə deməmişəm. Mən sadəcə dedim ki, təxribat törədənlərdən biri milliyətcə ermənidir. Lakin əgər adamın soyadı erməni soyadıdırsa və o moskvalıdırsa, onun Ermənistana aidiyyəti yoxdur. Hər erməni Ermənistanı təmsil etmir. Məsələn, mən hesab etmirəm ki, Azərbaycan xalqı Orxan Zeynalova görə cavab verməlidir. Biz Azərbaycan əsilli qanuni oğruları tanıyırıq. Məsələn, Rövşən Lənkəranski. Məgər, Azərbaycan onların fəaliyyətinə görə cavabdehlik daşıyır? Təbii ki yox”.
# 1133
avatar

Oxşar yazılar

Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21