Lerikdə zəlzələ baş verib. Lent.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumatına görə, zəlzələ yerli vaxtla saat 16:57-də Lənkərandan 19 km qərbdə qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.7, dərinliyi 15 km olub. Zəlzələ episentrdə 3 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.