Lerikdə diri-diri yanıb ölən ailənin qatili evin oğludur? - <span style="color:red;">DƏHŞƏTLİ İDDİA
22 avqust 2017 18:08 (UTC +04:00)

Lerikdə diri-diri yanıb ölən ailənin qatili evin oğludur? - DƏHŞƏTLİ İDDİA

 

Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü  Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü  Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

 

Ailənin yaxınlarının bildirdiyinə görə, E. Hüseynovun oğlu Mehdi Hüseynov polisə verdiyi ilkin ifadəsində hadisədən öncə evdə mübahisə baş verdiyini bildirib. O, atasının mübahisə zəminində anası və bacısını bıçaqladığını, evə od vurduğunu deyib. M. Hüseynov atasının əlindən qaçaraq, sağ qaldığını qeyd edib.

 

Lakin meyitlərin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinəsi aparılarkən, məlum olub ki, sadəcə Elman Hüseynovun meyitinin üzərində bıçaq xəsarətləri var.

 

Bundan sonra, M. Hüseynov şübhəli şəxs qismində saxlanıb, hazırda dindirilir.

 

Qeyd edək ki, bu gün Lerikin Vizəzəmin kəndində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən Elman Hüseynov, Şükufə Hüseynova və Süsən Mirzəzadənin meyitləri aşkarlanıb.

 

**

08:58

 

Bu gün Lerik rayonunda yaşayış evi yanıb.

 

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Vizəzəmin kəndində Mirzəhüseyn Həsənova məxsus evdə baş verən yanğın nəticəsində ev sahibi, onun həyat yoldaşı və qızı aldıqları xəsarətdən ölüblər.

 

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Lerik rayonu, Vizəzəmin kəndində ümumi sahəsi 135 m2 olan birmərtəbəli 3 otaq və  aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının  kəşfiyyatı  zamanı 1 nəfər tüstüdən yüngül zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən  evdən çıxarılaraq,  Təcili Tibbi Yardım xidmətinə təhvil verilib, ona yerində  ilkin tibbi yardım göstərilib. Yanğınsöndürənlər tərəfindən ev sahibi 1963-cü il təvəllüdlü Hüseynov Elman Mirzəhüseyn oğlunun, həyat yoldaşı 1967-ci il təvəllüdlü Hüseynova Şükufə Qüdrət qızının və ev sahibini 1995-ci il təvəllüdlü qızı Mirzəzadə Süsən Elman qızını yanmış meyitləri aşkarlanaraq, aidiyyəti üzrə təhvil verilib. Yanğın saat 07:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

 

# 115
avatar

APA Baycan

Oxşar yazılar

Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

25 fevral 2024 , 11:42
Atasını öldürən tutuldu

Atasını öldürən tutuldu

25 fevral 2024 , 10:22
Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

25 fevral 2024 , 09:31
Bakıda iki avtomobil toqquşdu

Bakıda iki avtomobil toqquşdu

25 fevral 2024 , 09:04
Ağstafada qəza: Gənclər xəsarət aldı 

Ağstafada qəza: Gənclər xəsarət aldı 

25 fevral 2024 , 08:02
Sumqayıtda kişi dəm qazından boğuldu

Sumqayıtda kişi dəm qazından boğuldu

25 fevral 2024 , 00:20
Ermənistanda  əsgər ölüb:   güllə yarasından

Ermənistanda əsgər ölüb: güllə yarasından

25 fevral 2024 , 00:09
Abşeronda PARTLAYIŞ və YANĞIN -YENİLƏNİB -VİDEO

Abşeronda PARTLAYIŞ və YANĞIN-YENİLƏNİB-VİDEO

24 fevral 2024 , 23:24