Lənkəranda partlayış: baba və nəvə yaralandı
07 aprel 2013 11:42 (UTC +04:00)

Lənkəranda partlayış: baba və nəvə yaralandı

Ötən gecə saat 23.30 radələrində Lənkəran rayonunun Sefarabi kəndində, kənd sakini Orucəli Qurbanova məxsus 4 otaqlı yaşayış evində güclü partlayış baş verib.

 

Hadisədə evdə olan 5 ailə üzvündən ikisi, baba və nəvə xəsarət alıblar.

 

Gücü partlayış 1931-ci il təvəllüdlü Orucəli Qurbanov və onun nəvəsi 1993-cü il təvəllüdlü Rəşad Qurbanovu yandırıb. Xəsarət alanlar dərhal Lənkəran rayon Regional Müalicə Diqanostika Mərkəzinə çatdırılıblar. Onlar xəstəxanaya bədənin müxtəlif yerlərindən 3-cü dərəcəli texnik alov yanıqları ilə daxil olublar. Vəziyyətləri ağır olduğundan Bakıya yola salınıblar.

 

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, onların hər ikisinin vəziyyəti ağır olaraq qalır.

 

Zərərçəkənin qardaşı oğlu Fikrət Qurbanovun ehtimallarına görə, partlayışa səbəb qaz sızması olub. Belə ki, baba evə gələrkən işığı yandırıb və güclü partlayış baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1197
avatar

Oxşar yazılar