Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı
04 noyabr 2015 01:44 (UTC +04:00)

Lənkəranda ağır qəza: 1 ölü, 1 yaralı

0

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə noyabrın 3-də, saat 23:30 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun rayonun Şiləvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran rayonun Yuxarı Nüvədi  kənd sakini, 1990-ci il təvəllüdlü Ravid Rafiq oğlu Qurbanovun idarə etdiyi “Daewoo” markalı, 90 VF 676 dövlət nömrə nişanlı  minik avtomobili  Lənkəran şəhər sakini, 1993-cü il təvəllüdlü Şahin Vaqif oğlu Liftizadənin idarə etdiyi “Ford” markalı yük maşını ilə toqquşub.

 

Güclü zərbə nəticəsində “Daewoo” markalı minik avtomobili deformasiyaya uğrayıb. Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri xüsusi alətlər vasitəsi ilə avtomobildə sıxılmış vəziyyətdə qalmış  sürücünü və onun yanındakı sərnişini, rayonun Yuxarı Nüvədi  kənd sakini, 1991-ci il təvəllüdlü Valeh İsmət oğlu Əhmədzadəni çıxararaq Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yola salıblar. Xəstəxanada müxtəlif dərəcəli bədən xəsarətləri almış hər iki yaralıya lazımi yardım göstərilib. Bununla belə, təxminən yarım saatdan sonra sürücü Ravid Qurbanov dünyasını dəyişib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş  Valeh Əhmədzadənin də vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 392

Oxşar yazılar