Avqustun 8-i axşam saatlarında Masallı rayonunda 1 nəfərin ölümü, daha 3 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Ələt-Astara yolunun 196-cı kilometrliyində avtokranla toqquşan "Kia" markalı avtomobildəkilər Lənkəranın "Xınayaxdı" qrupunun üzvləri, Lənkəran dövlət Teatrının aktrisaları olub. Qəzada həyatını itirən 20 yaşlı Lətafət Əlizadə həmin qrupun üzvü, həm də qrupun rəhbəri Sevinc xanımın qızı olub. Bundan başqa qrupun üzvü olan 3 qadın və sürücü də ağır xəsarət alıb. Yaralılar Lənkəran sakinləri, 1990-cı il təvəllüdlü Cavid Qəmbərov, 1986-cı il təvəllüdlü Gülər Kərimova və 1983-cü il təvəllüdlü Füqanə Zeynallı və Lənkəran Dövlət Teatrının aktrisası Aynur Əhmədovadır.
``````
9 avqust 00:41
-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 8-də saat 21.30 radələrində Ələt-Astara magistralının 196-cı kilometrliyində qeydə alınıb.
Masallı rayonu istiqamətindən gələn “Kia Rio” markalı, 42 BP 418 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdə hərəkətdə olan AZENKO şirkətinə məxsus “KamAZ” markalı, 90 JN 632 dövlət nömrə nişanlı avtokranla toqquşub. Güclü zərbə nəticəsində “Kia Rio” yanğına məruz qalıb, həmçinin onun sərnişinlərindən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Lətafət Aslan qızı Əlizadə aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər – Lənkəran şəhər sakinləri, 1990-cı il təvəllüdlü Cavid Nurəli oğlu Qəmbərov, 1986-cı il təvəllüdlü Gülər Rövşən qızı Kərimova və 1983-cü il təvəllüdlü Füqanə Etibar qızı Zeynallı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Avtomobildə baş verən yanğın yoldan keçən şəxlərin müdaxiləsi ilə lokallaşdırılıb. Faktla bağlı araşdırmalara başlanıb.