Birləşmiş Ştatların Havay ştatında Klaveya vulkanının püskürməsi nəticəsində 600-dən çox ev külə dönüb.
Lent.az BBC-yə istinadən bildirir ki, vulkan püskürməsi nəticəsində 2 mindən çox insan evsiz qalıb. Ərazi dağlıq arealda yerləşdiyindən köçürülən insanları geyim və çadırla təmin etməkdə problemlərin yarandığı vurğulanır.
Ölənlər və yaralananlar barədə hələlik məlumat verilmir.
Məlumata görə, Klaveyanın püskürməsi ABŞ iqtisadiyyatına 12 milyon dollar zərər vurub.