
Lapşinin həbs müddəti üç ay uzadıldı
Bloqer Aleksandr Lapşinin həbs müddəti uzadılıb.
Bu barədə APA-ya bloqerin vəkili Eduard Çernin bildirib.
Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə A.Lapşinin həbs müddəti 3 ay artırılıb.
Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
Oxşar yazılar

Nəsimi rayonunda yanğın - VİDEO
7 may 2025 , 21:40
Sabirabadda kişi küçədə özünü asdı
7 may 2025 , 19:33
Şəhər Polis İdarəsinin rəisinə cinayət işi açıldı
7 may 2025 , 18:52
Gədəbəydə 86 yaşlı kişinin asılmış meyiti tapıldı
7 may 2025 , 18:39
“Qalatasaray”ın keçmiş futbolçusu həbs edilib? - VİDEO
7 may 2025 , 18:12
Cəlilabadda FACİƏ: məktəbli qızı maşın vurub öldürdü
7 may 2025 , 17:50
Ər-arvad evdə yanıb öldülər
7 may 2025 , 17:28