Vəkildən Lamiyə Quliyeva ilə bağlı <span style="color:red;">AÇIQLAMA  - <span style="color:red;">YENİLƏNİB
03 fevral 2015 18:59 (UTC +04:00)

Vəkildən Lamiyə Quliyeva ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

“Lamiyə Quliyeva hazırda həbsdədir”. Bunu APA-ya açıqlamasında məhbus Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev deyib.


F. Mehdiyev bildirib ki, Lamiyə Quliyeva barəsində 3 cinayət işi olub: “Həmin cinayət işlərindən biri qətllə bağlıdır. 2003-cü ildə qətldə təqsirləndirilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə Lamiyə Quliyevaya cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə yeni cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar olaraq Lamiyə Quliyevanın barəsində 10 ildən əlavə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. 2013-cü ildə Lamiyə Quliyeva barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə üçüncü dəfə cinayət işi başlanılıb. Bu cinayət işi onunla bağlı olub ki, guya Lamiyə Quliyeva məhkumlardan birindən hədə-qorxu ilə pul tələb edib. Həmin məhkumun ifadəsi əsasında başlanılan cinayət işinə Xətai Rayon Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılıb. Lakin hakim həmin cinayət işini rədd eləyib. Bundan sonra prokuror apellyasiya protesti verib. Apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılıb. Hakim Xətai rayon Məhkəməsinin  hökmünü ləğv edərək, Lamiyə Quliyeva barəsində yeni hökm çıxardı. Beləliklə onun əvvəlki cəzaları toplanmaqla qəti olaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Biz də həmin hökmdən kassasiya şikayəti verdik. 2014-cü ilin oktyabr ayında Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə bizim verdiyimiz kassasiya şikayətinə baxaraq məhkəmə üçüncü cinayət işi ilə bağlı hissədə bəraət hökmü çıxardı. Yəni Bakı Apellyasiya Məhkəməsinin hökmünü ləğv elədi. Həmin qərarın isə bundan əvvəl təyin olunmuş cəzaya, yəni 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə olan hissəsinə adiyyatı yoxdur”.

 

Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L. Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq  icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

 

Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.

 

Onu da qeyd edək ki, L. Quliyeva bir müddət əvvəl ana olub.

 

 

*****

 

 

17:33

 

 

Azərbaycan Respublikası Ali Məhkəməsinin “01” oktyabr 2014-cü il tarixli Qərarı ilə Quliyeva Lamiyə Sahib qızına bəraət verilib.

Lent.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Ali Məhkəməsinin Cinayət kollegiyası Quliyeva Lamiyə Sahib qızı tərəfindən Bakı Apelyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmündən verilmiş kassasiya şikayətinə baxaraq, təmin edib. 

Quliyeva Lamiyə Sahib qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 20 dekabr 2013-cü il tarixli hökmü ləğv edilib.

 

Qeyd edək ki, Lamiyə Quliyevanın vəkili Fəxrəddin Mehdiyev bir müddət əvvəl bəraət məsələsi ilə bağlı qafqazinfo-ya danışıb. 

 

F. Mehdiyev açıqlamasında L.Quliyevanın bəraət aldığı cinayət işi haqda məlumat verib: “Lamiyə Quliyevanın ilk məhkumluğu adam öldürməyə görə olub. O zaman onun 15 yaşı olmadığına görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzaçəkmə müəssisəsində olarkən ona Cinayət Məcəlləsinin 317-ci maddəsi ilə cinayət işi açılıb. Həmin maddə cəzaçəkmə müəssisəsində rejim qaydalarının pozulmasıdır. Bu maddə ilə o 5 il 6 ay azadlıqdan məhrum edilib. Sonra ona yenidən CM-in 182-ci maddə ilə, hədə-qorxu ilə tələb etmə iddiası ilə cinayət işi açıldı. İstintaq yekunlaşandan sonra iş Xətai rayon məhkəməsinə göndərildi. O zaman mən onun vəkili kimi işə qoşuldum. Xətai məhkəməsi qərar verdi ki, ittiham əsassızdır və bəraət verildi. Cinayət işinə də xitam verildi. Sonra prokurorluq protest verdi. Bakı Apellyasiya Məhkəməsi Xətai rayon məhkəməsinin qərarını ləğv etdi. Yenidən ona 6 il 6 ay cəza verildi. Biz kassasiya şikayəti verdik, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv etdi və bəraət hökümünü qüvvədə saxladı”.

Vəkil L.Quliyevanın həbsxanada hamilə qalması haqda müzakirələrlə bağlı onunla görüşdükdən sonra məlumat verə biləcəyini deyib: “Dünən Lamiyə və anası mənə müraciət etdi. Mən onunla görüşməyə cəhd etdim. Lakin 2015-ci il üçün mən yenidən Pentensiar Xidmətə müraciət etməliyəm. Yaxın günlərdə müraciət edib görüşəcəyəm. Onun özü ilə danışandan sonra sizə konkret açıqlama verə bilərəm. Lamiyə hamilə olandan sonra Pentensiar Xidmətin Təhqiqat Şöbəsi araşdırma aparırdı. Mən də prosesdə iştirak etdim. Birmənalı olaraq deyə bilərəm ki, ona qarşı hər hansı zorakılıq olmayıb. Detallar barədə isə Lamiyənin özü ilə görüşəndən sonra nəsə deyə bilərəm. Sonuncu dəfə təxminən 2 ay əvvəl Lamiyə ilə görüşmüşəm. Mənim bildiyim qədər o yaxın qohumlarından yalnız anası ilə görüşüb. Başqa kiminləsə görüşməsi barədə mən heç nə deyə bilmərəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 92
avatar

Oxşar yazılar