Son günlərdə, həbsi, həbsxanada dünyaya gətirdiyi övladı və film kimi taleyi ilə ölkə mediasının gündəminə çevrilən Lamiyə Quliyevanın övladına qoyduğu ad məlum olub. Lent.az-ın məlumatına görə, Lamiyə Quliyeva keçən ilin oktyabrında dünyaya gətirdiyi oğluna atasının adını qoyub – Sahib.
Məlumatı sosial şəbəkədə Penitensiar Xidmətin rəisi Mədət Quliyevin köməkçisi Yaşar İsakov paylaşıb.
Qeyd edək ki, L.Quliyeva atası həbsxanada olarkən dünyaya göz açıb. 15 yaşından həbsxanaya düşən L.Quliyevanın atası Sahib Quliyev uzun müddət həbsxana həyatı yaşayıb.