Kürdəmirdəki musiqi məktəbində<span style="color:red;"> BİABIRÇI  vəziyyət
20 aprel 2014 14:17 (UTC +04:00)

Kürdəmirdəki musiqi məktəbində BİABIRÇI vəziyyət

Kürdəmir rayonundakı yeganə musiqi məktəbi acınacaqlı vəziyyətdədir. Lent.az-ın məlumatına görə, rayonun dördyol adlanan hissəsində yerləşən bina tamamilə yararsız vəziyyətə düşüb. Sinif otaqları nəmişlik içindədir və ciddi təmirə ehtiyacı var. Bununla belə rayondakı yeganə musiqi məktəbi fəaliyyətini davam etdirir.

 

Rayon sakinlərinin bildirdiyinə görə, musiqi məktəbinin sinif otaqları xəstəlik mənbəyidir. Burada döşəmələrdən əlavə divarları da nəm çəkib. Binanın qapı-pəncərələri, döşəmə və tavanı tamamilə yararsız vəziyyətdədir.

 

Qeyd edək ki, Kürdəmir musiqi məktəbi 1966 cı ildə görkəmli bəstəkar Qara Qarayevin şəxsi təşəbbüsü ilə açılıb. 2016 cı ildə məktəbin 50 illiyi tamam olacaq. 

 

Onu da qeyd edək ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Kürdəmirin icra başçısı dəyişdirilib.

# 2614
avatar

Nizam Rza

Oxşar yazılar