Kürdəmirdə <span style="color:red;">FACİƏ : maşından düşən 10 yaşlı oğlanı başqa avtomobil vurdu
14 iyun 2014 12:47 (UTC +04:00)

Kürdəmirdə FACİƏ: maşından düşən 10 yaşlı oğlanı başqa avtomobil vurdu

Kürdəmir rayonunda azyaşlı uşaq faciəli şəkildə dünyasını dəyişib.


 

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 10:30 radələrində Kürdəmir-Mollakənd yolunda qeydə alınıb. Kənd sakini, 2004-cü il təvəllüdlü Qasımov Samir Alay oğlu atasının idarə etdiyi minik avtomobilindən aşağı düşərkən qəflətən onun yanından keçən digər avtomobil, 1965-ci il təvəllüdlü Eldar İsmayılovun idarə etdiyi “QAZel” markalı yük maşını tərəfindən vurulub. Uşaq aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçsa da, o polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

 

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3685

Oxşar yazılar