Sentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində batan yeniyetmənin axtarışları başa çatıb. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə batmış 2002-ci il təvəllüdlü Telman Seyran oğlu Əhmədlinin cəsədi dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 10 km aralıda tapılıb. Meyit Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 09:48-də başa çatıb.