Külli miqdarda çətənə kolları yandırıldı - <span style="color:red;">ƏMƏLİYYAT
06 sentyabr 2019 11:05 (UTC +04:00)

Külli miqdarda çətənə kolları yandırıldı - ƏMƏLİYYAT

“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq növbəti əməliyyat tədbiri keçirilib. Şəki şəhər rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin məqsədi yabanı halda bitən narkotik tərkibli bitkilərin tapılaraq məhv edilməsidir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun İbrahimkənd kəndi ərazisində vətəndaşa məxsus torpaq sahəsində 225 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib. Çətənə kollarının ümumi çəkisinin 52 kq olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mehman Nəbiyev

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 662

Oxşar yazılar