Külək ağacı Heydər Əliyev prospektinə aşırdı
05 avqust 2019 16:13 (UTC +04:00)

Külək ağacı Heydər Əliyev prospektinə aşırdı

0
 
Güclü külək Mingəçevir şəhərində fəsadlar törədib.
 
APA-nın yerli bürosunun məlumatına görə, şəhərin Heydər Əliyev prospekti və Aydın Məmmədov küçələrində iri gövdəli ağacları və budaqlarını külək aşırıb.
 
Heydər Əliyev prospektində iri gövdəli çinar ağacı avtomobil yoluna aşıb. Nəticədə prospektdə nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
 
Aidiyyəti qurumlar küləyin törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 912

Oxşar yazılar