Kişiyə külli miqdarda pul "atan" qadın <span style="color:red;">AZƏRBAYCANDAN QAÇDI
26 aprel 2017 16:10 (UTC +04:00)

Kişiyə külli miqdarda pul "atan" qadın AZƏRBAYCANDAN QAÇDI

 

Bakıda vətəndaşa külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş qadın Azərbaycandan qaçıb. Lent.az xəbər verir ki, 1979-cu ilin 12 iyulunda Türkmənistanda anadan olmuş Azərbaycan vətəndaşı Şükürova İranə Mahmud qızı İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Azərbaycanın sərhədlərindən kənara çıxdığı üçün və istintaqdan yayındığına görə onun barəsində dövlətlərarası axtarış elan edilib.

 

İ.Şükürova Azərbaycan dili ilə yanaşı rus və ingilis dillərini də bilir.

 

Qeyd edək ki, Bakı sakini olan 1968-ci il təvəllüdlü Ağayev Həsrət Ağakişi oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, İranə Şükürova ondan 54 min manatlıq qızıl alıb və daha sonra pulu verməkdən boyun qaçırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215
avatar

Nizam Rza

Oxşar yazılar