Sükan arxasında ölən sürücünün kimliyi məlum oldu - YENİLƏNİB
13 sentyabr 2013 15:50 (UTC +04:00)

Sükan arxasında ölən sürücünün kimliyi məlum oldu - YENİLƏNİB

Bakı şəhəri, Nərimanov rayonu, “ABU-Arena”nın qarşısında avtomobili idarə edərkən infarkt keçirərək həyatını itirən sürücünün şəxsiyyəti məlum olub.

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsindən Lent.az-a bildirilib ki, 1962-ci il təvəllüdlü Rzayev Məzahim Qələndər oğlu sükan arxasında olarkən infarkt keçirib və həyatını itirib.

Aşağı sürətlə hərəkət edən avtomobil qarşıdakı avtomobillərə dəyərək dayanıb.

 

*****

15.31

Bakıdakı “ABU-Arena”nın qarşısında faciəvi yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin Lent.az-a verdikləri məlumata görə, “Mercedes” markalı avtomobilin şəxsiyyəti hələlik məlum olmayan sürücüsünün sükan arxasında ürəyi tutub.

 

Nəticədə o, yerindəcə keçinib. 40-50 yaşlarında sürücünün avtomobili isə idarəetmədən çıxaraq, qarşısındakı 99 VD 579 nömrə nişanlı “Hyundai Azera”ya dəyib. Bu zaman arxadan gələn 10 AB 221 nömrə nişanlı “Range Rover” arxadan hər iki avtomobili vurub və onlar yolun kənarında dayanan digər “Hyundai Azero”ya dəyiblər. Bütün avtomobillərə ciddi ziyan dəyib.

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6885
avatar

Oxşar yazılar