Kişi həyat yoldaşını bıçaqladı
30 avqust 2019 12:44 (UTC +04:00)

Kişi həyat yoldaşını bıçaqladı

0
Ağcabədidə bıçaqlanma hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, avqustun 29-da rayonun Şənlik kəndində yaşayan N.Bayramovun evinə gələn kürəkəni R.Quliyev münaqişə zəminində orada olan arvadı V.Quliyevaya bıçaqla xəsarət yetirib.
 
Ağcabədi rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən R.Quliyev saxlanılıb.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 871

Oxşar yazılar