Kürdəmir rayon sakinin pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Q.Tağıyevanın 200 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Eminov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Ş.Hüseynovun və Ə.Əzizovun bank hesablarından ümumilikdə 400 manat pullarını çıxararaq oğurlaması da müəyyən edilib.