Azərbaycan Sənaye Bankının itkin düşmüş işçisi Seymur Səmədovun meyiti tapılıb.
Bu haqda "Yeni Müsavat" qəzeti etibarlı mənbələrinə istinadən məlumat verib. Meyit Xəzər dənizinin Xətai rayonu ərazisində aşkarlanıb. Ümumi əlamətlərinə görə ehtimal olunur ki, bu, S.Səmədovun cəsədidir.
Qeyd edək ki, S.Səmədov ötən il dekabrın 18-də yaşadığı Əhmədli qəsəbəsi, 9-cu Əhmədli küçəsi ev 41 “b” ünvanından çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları bu barədə Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə məlumat veriblər. Amma son məlumata kimi S.Səmədovdan soraq olmayıb.
S.Səmədovun yoxa çıxması ilə bağlı Xətai Rayon Prokurorluğu yanvarın 28-də CM-in 144.1-ci – adam oğurluğu maddəsi ilə cinayət işi başlayıb.