İsmayıllıda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb
26 avqust 2019 22:46 (UTC +04:00)

İsmayıllıda meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

0

 

25.08.2019-cu il tarixində İsmayıllı rayonunun Pirəbülqasım kəndinin yaxınlığında dağlıq meşə ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb. 

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yer alıb.

Yanğın nəticəsində dağlıq ərazidə 40 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb. 

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 697

Oxşar yazılar