İŞİD azərbaycanlıların başlarını kəsdi - <span style="color:red;">Şahid danışır
07 oktyabr 2015 11:01 (UTC +04:00)

İŞİD azərbaycanlıların başlarını kəsdi - Şahid danışır

0

 

İŞİD terror qruplaşması Azərbaycandan "inam üçün vuruşmağa" getmiş şəxslərin başını kəsib.

 

Lent.az anspress-ə istinadən məlumatına görə, bu barədə İŞİD terror qruplaşmasının döyüşçüsü kimi Suriyada olan və möcüzə nəticəsində oradan vətəninə qaçmış 25 yaşlı tacikistanlı Fərrux Şərifov danışıb.

 

Tacikistanın Xocənd şəhərinin sakini terrorçuların azərbaycanlıların başını necə kəsdiyinə canlı şahidlik edib.

 

Onun sözlərinə görə, bir dəfə o, Azərbaycandan gəlmiş bir neçə nəfərin başının kəsilməsinə şahidlik edib. Cəlladlar onları "xəvaric" adlandıraraq inamdan döndükləri üçün edam ediblər.

 

Şərifov qeyd edir ki, öldürülmək üçün şifahi xəbərçilik kifayətdir: insanın "inamı təhqir etdi"yini deyirlər və ya kürdlərin xeyrinə casusluqda ittiham edib dərhal edam edirlər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 389

Oxşar yazılar