İraq vətəndaşları Şabranda qəzaya düşdülər
21 iyun 2017 14:48 (UTC +04:00)

İraq vətəndaşları Şabranda qəzaya düşdülər

0

 

Bu gün Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun Şabranın Sincanboyad kəndi ərazisindən keçən hissəsində “Daewoo-Nexia” markalı maşının aşması nəticəsində 3 nəfər xəsarət alıb. Onlar İraq vətəndaşları - 1952-ci il təvəllüdlü Mustafa Abdudable, 1948-ci il təvəllüdlü Məhəmməd Seyid İsmayıl və Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Həsənov Tərlan Mustafa oğludur.

 

Hər üç şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, müalicələri reanimasiya şöbəsində davam etdirilir. 
 

Fakt araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar