Astara gömrükçüləri Azərbaycan vətəndaşından narkotik vasitə aşkarlayıb. Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Nurəddin Əsədovun üzərində şəxsi yoxlama aparılıb. Bu zaman onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 109,642 qram olan narkotik vasitə - heroin aşkar olunub.