İrandan Azərbaycana narkotik keçirtmək istəyən şəxs tutuldu
23 oktyabr 2015 11:46 (UTC +04:00)

İrandan Azərbaycana narkotik keçirtmək istəyən şəxs tutuldu

0

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı İsmayıl  Əlizadənin üzərində şəxsi yoxlama zamanı onun şalvarının cibində 41 ədəd metadon adlı həb, çantasının cibində isə 200 ml metadon məhlulu aşkar olunub.

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi xəbərə görə, “Metadone” adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. Bu 41 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0.82 qram, 200 ml məhlulda isə metadonun təsiredici maddəsinin ümumi çəkisi 0.2 qram təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar