İranda həbs edilmiş Azərbaycan vətəndaşının kimliyi açıqlanıb - YENİLƏNİB
11 iyul 2013 04:08 (UTC +04:00)

İranda həbs edilmiş Azərbaycan vətəndaşının kimliyi açıqlanıb - YENİLƏNİB

 APA-nın Ərdəbil radiosuna istinadən verdiyi məlumata görə, İran İslam Respublikasının Ərdəbil şəhərində Azərbaycan vətəndaşı narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilib. Bu barədə Ərdəbil əyalətinin narkotiklərlə mübarizə idarəsinin rəisi mayor S. Niknam bildirib.

İranın Ərdəbil vilayətində narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq həbs edilmiş Azərbaycan Respublikası vətəndaşının kimliyi açıqlanıb. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu şəxs Yaqub Azadidir. Onun bir həftədir İran nizam-intizam qüvvələri (polis) tərəfindən gizlicə izlənildiyi və mədəsində plastik kisələrdəki 500 qramlıq narkotik maddəni Azərbaycan Respublikasına keçirmək istəyərkən həbs edildiyi bildirilir. Y. Azadi hazırda Ərdəbil vilayətinin Polis İdarəsinin narkotik maddələrlə mübarizə şöbəsində saxlanılır. Onun Əfqanıstandan İrana daşınan narkotik maddələri qaçaqmalçılıq  yolu ilə Azərbaycan Respublikasına aparan mütəşəkkil şəbəkənin üzvü olduğu vurğulanır. 

***

20.43

«Polisin nəzarətində olan bir nəfər Azərbaycan vətəndaşı heroin və digər narkotik maddələrinin qaçaqmalçılığı ilə məşğul olarkən həbs edilib. Həbs edilən Azərbaycan vətəndaşı məhkəmə orqanlarına təhvil verilib»- deyə, Niknam bildirib.

 

Onun sözlərinə görə, bu keçən 3 ay ərzində narkotiklərlə bağlı maddə ittihamı ilə Ərdəbil əyalətində həbs edilən üçüncü Azərbaycan vətəndaşıdır.

 

S.Niknam həbs edilən Azərbaycan vətəndaşının şəxsiyyəti barədə açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1483
avatar

Oxşar yazılar